Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək. Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan. Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək! Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır. Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, Millətlərə aşkar edən nuru, Xalqın İsrail üçün də izzəti Öz gözlərimlə gördüm». Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, Millətlərə aşkar edən nuru, Xalqın İsrail üçün də izzəti Öz gözlərimlə gördüm». Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
Выбор основного перевода