Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır. Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün. Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək, Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq. Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!» Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı!
Выбор основного перевода