Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin. Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir. Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin, Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin. Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub. Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”. Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir. Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü. Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
Выбор основного перевода