Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz. O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar. Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan. Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan. Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan. Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma. İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək. Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir. Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq». Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb.
Выбор основного перевода