Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram. Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən. Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar. Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram! Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq. Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.
Выбор основного перевода