Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi. Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin. Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq».
Выбор основного перевода