Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən. Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir.
Выбор основного перевода