Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram. Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək. Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram. Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar. Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, Sizi iztirab ocağında çəkdim. Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin.
Выбор основного перевода