Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq. Rəbb Özü onlar üçün püşk atdı, Əli ilə ölkəni ölçüb, onlara payladı. Onlar bu ölkəyə əbədi malik olacaq, Nəsildən-nəslə burada yaşayacaq. Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək». Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir.
Выбор основного перевода