Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur. Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı, Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın. Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?
Выбор основного перевода