Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin. Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan. Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın. Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver. Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!
Выбор основного перевода