Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın. Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq. Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
Выбор основного перевода