Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq».
Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, Onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə Onlardan heç biri əskik olmaz.