Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et. Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin. O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim: Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır». Sənin adını çəkən yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin. Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər. Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi». Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur. Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız.
Выбор основного перевода