Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı? Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur. Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar. Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar. Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək! Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur». Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
Выбор основного перевода