Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!» Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu. Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm! Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq. Pisliyi yalanla hörülmüş iplərlə, Günahı araba kəndirləri ilə çəkənlərin vay halına! Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”. Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar. Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar. Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
Выбор основного перевода