Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram». Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan. Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün». Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər. İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar. Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük. Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan. Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir. Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir. Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər? Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun. Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et. Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək. Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir. Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün. Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır! Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır. Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
Выбор основного перевода