Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır. Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.
Выбор основного перевода