Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin. Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur. Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə, Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa, Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər. Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”. Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.
Выбор основного перевода