Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı. Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz. Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək. Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq. Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək. Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər. Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz.
Выбор основного перевода