Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan? Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər. Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar. Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər. Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar. Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
Выбор основного перевода