Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. O zaman rahat gəzərsən, Ayaqların büdrəməz. Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar. Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar. Amma salehlik yolu ilə gedən, Doğru sözlər danışan, Zorakılıqla əldə edilən qazancı rədd edən, Əlini rüşvətdən uzaq tutan, Qatillərin qurduğu qəsdə fikir verməyən, Pisliyə qarşı gözlərini yuman Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.
Выбор основного перевода