Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular? Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq. Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir. Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz. Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var. Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Выбор основного перевода