Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Песня Песней
1 2 3 4 5 6 7 8
Параллельные места
Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır. Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla, Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır. Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar. Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz. Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir. Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım. Ordular Rəbbi bəyan edir: «Ey qulum Şealtiel oğlu Zerubbabil, o gün səni götürüb möhürlü üzük edəcəyəm, çünki səni seçdim». Rəbb bu sözləri dedi. Bu, Ordular Rəbbinin bəyanıdır. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək.
Песня Песней
1 2 3 4 5 6 7 8
Выбор основного перевода