Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Песня Песней
1 2 3 4 5 6 7 8
Параллельные места
Hikmət evini qurub, Yeddi dirəyini yonub, Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib. Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər: «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için. Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin». Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım. Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram. Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq. Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir.
Песня Песней
1 2 3 4 5 6 7 8
Выбор основного перевода