Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu. Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən, Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm. «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur». Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır. Qız: Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən. Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən». Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən? Qız: Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir. Rəblə birləşənsə Rəblə ruhən bir olur. Rəbb bir, iman bir, vəftiz bir, Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin
Выбор основного перевода