Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim? Qızın rəfiqələri: Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam. Oğlan: Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin. Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için! Qız: Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən? Qız: Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür.
Выбор основного перевода