Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim? Qızın rəfiqələri: Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi. Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək. Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”. Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək». Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.
Выбор основного перевода