Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun. «İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar. Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun. Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun. Onun ordusundan 54 400 nəfər siyahıya alındı. Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun. Onun ordusundan 57 400 nəfər siyahıya alındı. Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər. Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun. Ruven ordusundan 46 500 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun. Onun ordusundan 59 300 nəfər siyahıya alındı. Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun. Onun ordusundan 45 650 nəfər siyahıya alındı. Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər. Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün. Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun. Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun. Onun ordusundan 32 200 nəfər siyahıya alındı. Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun. Onun ordusundan 35 400 nəfər siyahıya alındı. Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər. Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun. Dan ordusundan 62 700 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun. Onun ordusundan 41 500 nəfər siyahıya alındı. Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun. Onun ordusundan 53 400 nəfər siyahıya alındı. Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər». İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı. Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü. Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi. Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi. Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər. Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi. Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi. Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar. Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi. Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi. Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir. Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq. Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır.
Выбор основного перевода