Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8
Параллельные места
Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür. Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir, Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür. Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.
Выбор основного перевода