Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur. Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir: gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.
Выбор основного перевода