Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Откровение
Параллельные места
Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq. Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq. Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək». Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək».
Откровение
Выбор основного перевода