Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Откровение
Параллельные места
Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim. Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı? Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir. O hər kəsə əməllərinə görə əvəz verəcək. Düşmənlərinə qəzəblə, yağılarına, Uzaq diyarlara qisasla əvəz verəcək. «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim». Allah hər kəsə əməlinə görə əvəzini verəcək: Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq. Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim.
Откровение
Выбор основного перевода