Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil». Rəbb Musaya dedi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm. Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir. Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq. Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək. Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq.
Выбор основного перевода