Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir. Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir. İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!» Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
Выбор основного перевода