Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür. Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular. Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular. Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan. Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar. Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar. “Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib
Выбор основного перевода