Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan». Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın? «Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım. Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı.
Выбор основного перевода