Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək». Soyunuruqsa da, lüt-üryan qalmarıq. Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan.
Выбор основного перевода