Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.
Выбор основного перевода