Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, buluda görə onlar ibadət etmək üçün orada dayana bilmədilər. Çünki Rəbbin izzəti Onun məbədini doldurmuşdu. Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman üzüstə düşdüm.
Выбор основного перевода