Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb! Bir qadın ağrı çəkmədən, Sancısı tutmadan bir oğlan uşağı doğdu. Belə bir şey eşidən olubmu? Belə şeyləri kim görüb? Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu. Mən doğuş anınadək gətirib Doğmağa güc vermərəmmi?» deyir Rəbb. «Doğuş üçün güc verən Mən Bətni bağlayarammı?» deyir Allahın. «Yerusəlimlə birgə sevinin, Ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, Onunla birgə cuşa gəlin, fərəhlənin! Ey Sion qızı, ağrıdan qovrul, Doğan qadın kimi bərkdən qışqır, Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan, Babilə qədər gedəcəksən. Lakin orada xilas olacaqsan, Rəbb səni düşmənlərinin əlindən satın alacaq. Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
Выбор основного перевода