Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik. Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq. Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu. Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» Nil kimi qalxan, Suları sel kimi çalxalanan Misirdir. O deyir: “Qalxıb yer üzünü basacağam. Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”.
Выбор основного перевода