Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlilərə hər cür bəla verən allahlar bunlardır. Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi.
Выбор основного перевода