Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, Aranızda başqa allahlar yox idi. Sizsiniz şahidlərim». Rəbb bəyan edir, «Allah Mənəm. Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu. Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var. Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin.
Выбор основного перевода