Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. Ancaq Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı. Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.
Выбор основного перевода