Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək. Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
Выбор основного перевода