Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz». Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz». Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur.
Выбор основного перевода