Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək. O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq. Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq.
Выбор основного перевода