Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin, Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı, Kittim torpağından onlara xəbər gəldi. Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun! Şixorun taxılı, Nilin məhsulu Dəniz yolundan gələn gəliriniz idi. Bütün şəhər millətlərin alver yeri idi! Utan, ey Sidon, dəniz sahilində yerləşən qala! Çünki dəniz belə deyir: «Mən heç doğuş ağrısı çəkmədim, doğmadım, Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm». Sur haqqında xəbər Misirə çatanda Misirlilərin ürəkləri üzüləcək. Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin! Uzaq ölkələri müstəmləkə etmiş, Əylənib keflənən sakinləri olan Qədim şəhər bu imiş? Taclar geyindirən Sura qarşı Bunları kim hazırladı? Axı bu şəhərin tacirləri şahzadə idi, Ticarətçiləri dünyanın ən hörmətli adamları idi. «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi. Rəbb belə deyir: “Surluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu. Buna görə də Surun divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın”. Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün.
Выбор основного перевода