Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi. Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər». Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək». Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi.
Выбор основного перевода